çərşənbə axşamı 10 mart 2026 - 17:33
Ali Məqamlı Rəhbərlə beyət etmək, əslində İmam Zamanla (ə.f) beyət etmək deməkdir

Hövzə | Elmi hövzələrin Ali Şurasının üzvü Qum şəhərində on minlərlə insanın iştirakı ilə keçirilən toplantıda bildirib: Bu gün dini vəzifəmizə əsasən bir araya toplaşmışıq ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəbi Xameneiyə müraciət edərək bəyan edək: İslam Peyğəmbərinə (s) iman gətirmiş, eləcə də Əmirəl-mömininlə (ə) beyət etmiş bir xalq olaraq Sizinlə olan beyəti, həqiqətən də İmam Zamanla (ə.f) olan beyət hesab edirik.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Xubriqan Məclisinin Rəyasət Heyətinin və Elmi hövzələrin Ali Şurasının üzvü Ayətullah Möhsün Əraki bazar ertəsi günü, günorta saatlarında Qum şəhər sakinlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edib. Toplantı “Ümmətin şəhid imamı Seyid Əli Xamenei ilə əhdin yenilənməsi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə beyət” məqsədilə müqəddəs Cəmkəran məscidində keçirilib. Ayətullah Əraki toplantıda çıxışı zamanı bildirib: Ayətullah Xameneinin şəhadəti böyük bir faciə idi və xalqımızın, eləcə də İslam ümmətinin qəlbində dərin yara açdı. Lakin həzrət Ayətullah Müctəba Xameneinin rəhbərlik məqamında qərar tutması bu yaraya məlhəm oldu.

Məsləhət Şurasının üzvü sözünə davam edərək deyib: Bu gün dini vəzifəmizə əsasən bir araya toplaşmışıq ki, İran İslam Respublikasının üçüncü rəhbərinə müraciətlə bəyan edək: Biz bir İran xalqı olaraq, o cümlədən İslam Peyğəmbərinə (s) iman gətirən, eləcə də Əmirəl-mömininlə (ə) beyət etmiş insanlar olaraq, sizinlə beyət etməyi İmam Zamanla (ə.f) beyət hesab edərək, sizə itaət edəcəyik.

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü əlavə edib: Qurani-Kərimdə rəhbərlərlə möminlər arasında itaət və yardım adlı iki əsas əhd mövcuddur. Biz bu gün bəyan edirik ki, Allaha və onun Peyğəmbərinə verdiyimiz əhdə sadiqik və əziz rəhbərimiz bilməlidir ki, onunla itaət və yardım əhdi bağlayırıq. Əgər düşmən bizə zərbə endirsə, biz qorxmayacaq, canımızı və malımızı rəhbərliyin göstərişlərinə itaət yolunda fəda edəcəyik.

Siyasətçilərdən düşmən qarşısında geri çəkilməmələrini istəyirik

Ayətullah Əraki bildirib: Bu gün İran xalqı bəyan edərək bildirir ki, biz əhdə sadiq qalan bir xalqıq. İran İslam Respublikasının Silahlı Qüvvələrinə də deyirik ki, sizə minnətdarıq və əllərinizdən öpürük. Ölkə və xalqımızın rəhbərlikdən məhrum qaldığı bu bir həftə ərzində çox gözəl mövqe sərgilədiniz. Siyasətçilərimizdən də istəyirik ki, düşmən qarşısından geri çəkilməsinlər. Bu müharibədə ABŞ və İsrail tənbeh edilməlidir. Belə ola bilməz ki, istədikləri vaxt müharibəyə əl atsınlar, eləcə də rəhbərimizi şəhid etsinlər, xalqımıza təcavüz etsinlər və sonra yorulduqları zaman atəşkəs elan edərək döyüşü saxlasınlar.

Elmi hövzələrin Ali Şurasının üzvü çıxışının digər hissəsində Fars körfəzi sahilində yerləşən ölkə başçılarına müraciət edərək deyib: Səkkizillik müharibədən sonra biz susduq, sizi bağışladıq və haqqımızdan keçdik. Lakin bu məsələ artıq təkrarlanmayacaq. Siz bizim müharibə təzminatımızı ödəməli və ABŞ-a verdiyiniz bazaları bizə təhvil verməlisiniz. Siz bizə borclusunuz və bu dəfə haqqımızı sizdən alacağıq. On iki günlük müharibə zamanı və bu gün bizə vurulan bütün zərərlər ödənilməlidir. Əgər siz öz iradənizlə ABŞ bazalarını öz ölkənizdən çıxarmasanız, biz onları çıxarmaq haqq və qüdrətinə malikik.

Ölkə siyasətçiləri bu üç rəhbərə sadiq olmalıdırlar

Ayətullah Əraki ümmətin şəhid imamı Ayətullah Xameneiyə müraciətlə bildirib: İran xalqı sizinlə bağladığı əhdə sadiq və möhkəm qalaraq, Sizin göstərişlərinizi unutmayacaqdır. Siyasətçilərə və məsul şəxslərə tövsiyə edirik ki, əvvəlki və hazırkı Ali Məqamlı Rəhbərlərin göstəriş və tapşırıqları işlərinin əsas istiqaməti kimi qəbul etsinlər və bu üç imama sadiq qalsınlar.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha